ⓘ Bakı Biznes Mərkəzi

                                     

ⓘ Bakı Biznes Mərkəzi

Bakı şəhərində, Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılışı 2010-cu il martın 12-də olmuşdur. Həmin gün burda" Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfrans keçirilmişdir. Konfransda iştirak edən Prezidenti İlham Əliyev eyni zamanda Bakı Biznes Mərkəzinin açılışını edib.

                                     

1. Əsas xüsusiyyətləri

Ümumi sahəsi 4664 kvadratmetr olan üçmərtəbəli Bakı Biznes Mərkəzinin 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşir. Burada iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil etmək mümkündür. Salonda İtaliyadan gətirilmiş müasir texnika - tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlar quraşdırılmışdır.

Sahəsi 1721 kvadratmetr olan binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik üç görüş və konfrans zalları, 250 yerlik restoran var.

Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə 8 ofis və görüş otaqları var.

Binanın bütün mərtəbələrində müasir mebellər və avadanlıq quraşdırılıb, liftlər və eskalatorlar işləyir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →