ⓘ Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

                                     

ⓘ Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM - menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.

                                     

1. Tarixi

MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi BMM adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan onun Beynəlxalq Menecment Mərkəzi BMM kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib:

  • 2002-indiyədək. Rəsmi olaraq Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi kimi fəaliyyət göstərir.
  • 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar.
  • 1996-2001. BMM Klivlənddə Ohayo yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib.
                                     

2. Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.

2011-ci ildən etibarən bu biznes məktəbin hər tələbəsinə düşən məbləğ Oksford və Kembricdəkindən 3 dəfə daha çoxdur. Universitetin proqramları unikal olaraq məhz günün dəyişikliklərini öyrənməyə yönəlib və subsidiyalaşdırılmış aşağı təhsil haqları təklif edir. Təhsil haqlarının aşağı olmasına rəğmən QHT-lərdə çalışmış şəxslərə və Mərkəzi Avropa Universitetinin dərəcə proqramlarından birini bitirmiş şəxslərə güzəştlər edilir, qəbul prosesi zamanı seçilmiş bir neçə namizədlər təhsil haqqından tamamilə azad edilir və onlara xərclərini qarşılamaq üçün aylıq təqaüd verilir.

                                     

3. Akkreditasiyası

Mərkəzi Avropa Universiteti MAU Amerikan universiteti kimi akkreditasiyadan keçib və Qəyyumlar Şurası tərəfindən idarə olunur. MAU Biznes Məktəbi təhsil müəssisəsi kimi Macarıstanda Ali Təhsil Akkreditasiya Orqanı tərəfindən də qeydiyyatdan keçib. İnstitusional və proqram akkreditasiyası sənədləri baxımından Mərkəzi Avropa Universiteti ali təhsil müəssisəsi kimi Macarıstanda fəaliyyət göstərir Ali Təhsil Qeydiyyat Nömrəsi: 00871-2010, İnstitusional Akkreditasiya Nömrəsi ALF-051.

MAU Biznes Məktəbinin MBA proqramları dünyada 3 beynəlxalq səviyyədə tanınmış MBA/Biznes Məktəbi akkreditasiya agentliklərindən biri olan MBA-lar Assosiasiyası ing. Association of MBAs və ya qısaca AMBA tərəfindən akkreditasiya olunub.

                                     

4.1. Proqramları Dərəcə proqramları

MAU BM hazırda menecment üzrə üç dərəcə proqramı təklif edir. Onlardan ikisi MBA əyani və ya qiyabi olmaqla dərəcəsi, biri isə Beynəlxalq İcraedici MBA ing. International Executive MBA dərəcəsi verir.

  • 18 aylıq modullu Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA ing. International Masters in Management Executive MBA proqramı dünyanın 4 müxtəlif ən güclü universitetlərinin əməkdaşlığının nəticəsidir
  • Qiyabi İcraedici MBA ing. Executive MBA proqramı eyni kurrikuluma malikdir və həmin yüksək Amerikan keyfiyyəti verir. Bu proqram karyeraya mane olmamaq məqsədi ilə həftə sonları təhsil verir. Bu dərslər hər il fevralda başlayır, hər ikinci həftə sonu keçirilir, cümə günü günortadan sonra başlayır və şənbə günü davam edir.
  • Purdue Universiteti ABŞ;
  • Mərkəvi Avropa Universitetinin Biznes Məktəbi Macarıstan;
  • Bir illik əyani MBA proqramı hər ilin sentyabrında başlayır, 20-yə yaxın ölkədən tələbələ ilə intensiv 11 aylıq menecment təhsilini əhatə edir. Bu Transmilli MBA kurrikulumu qabaqcıl biznes təhsil yanaşmaları ilə yanaşı tələbələrə sosial, siyasi, etik və ətraf mühitdəki dəyişiklikləri transmilli konteksdə anlamağa kömək edir. Bu proqram özünü dəyişən şəraitdə bu dəyişikliklərin lideri hesab edən şəxslərə sahibkarlıq, marketinq, maliyyə, daşınmaz əmlak menecmenti və s. istiqamətlərdə keyfiyyətli təhsil almağa imkan verir.
  • GISMA Biznes Məktəbi Almaniya.
  • Tilburq Universitetinin NTiasNimbas Biznes Məktəbi Niderland;

Bu proqram hər il martda başlayır, öz tamştatlı işlərini saxlamaq istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Proqram beş ədəd iki həftəlik sessiyalardan ibarətdir. Proqram biznes problemlərin həllində analitik yanaşmanı inkişaf etdirir ki, bu da menecerlərə karyeralarını inkişaf etdirməyə kömək edir. Bu proqram "Financial Times 2010 EMBA" reytinqində dünyada "Beynəlxalq Kurs Təcrübəsi" üzrə 1-ci, "Karyera İnkişafı" üzrə 2-ci yerə layiq görülüb.



                                     

4.2. Proqramları Digər proqramları

  • MAU Biznes Məktəbi həmçinin həm təşkilatlar, həm də fərdi şəxslər üçün müxtəlif İcraedici Təhsil Proqramları təşkil edir. Biznes Məktəbin portfoliosu ixtisaslaşmış qısa kurslar, treninqlər, modullu istedad idarəetmə proqramları, mini MBA, master klas və konfranslardan ibarətdir.
  • Beynəlxalq Tədris Turları Proqramı dünyanın qabaqcıl məktəblərindən biznes tələbələrini qruplarla Mərkəzi və Şərqi Avropaya bir və ya iki həftəlik regionun biznes şəraitinə aid təlimə gətirir və mədəniyyət proqramı ilə müşayiət olunur.
                                     

5. Kitabxanası

Mərkəzi Avropa Universitetinin kitabxanası Şərqi Avropada sosial və humanitar elmlər sahəsində rəqəmsal və qeyri-rəqəmsal kolleksiyalara malik ən böyük ingilis dilli kitabxanalardandır. Kitabxanada 255 000-dən çox müxtəlif formatda sənədlər və əksər akademik məcmuələrə daxil olma imkanları var.



                                     

6. Qəbul qaydaları

İlk iki MBA dərəcəsinə bir illik əyani və qiyabi icraedici qəbul qaydaları oxşardır. MAU Biznes Məktəbinə sənəd verən namizədlərə verilən tələblər:

  • Tanınmış universitetlərdən birində istənilən sahə üzrə ən azı bakalavr dərəcəsi;
  • Rəqabətli GMAT və ya GRE balı. Minimum keçid balı olmasa da, bu biznes məktəbə qəbul olan tələbələr əsasən 550-750 arasında bal toplayırlar, əksəriyyəti isə 600-dən yuxarı olur. GMAT yalnız bir neçə qəbul şərtindən biri olduğu üçün yüksək bal qəbul olma şansını daha da artırır.
  • Ali məktəbi bitirdikdən sonra ən azı 3 il iş təcrübəsi;
  • Yüksək ingilis dili bilikləri TOEFL və ya ekvivalent imtahanlarla sübut olunmalıdır;

İstisnalar:

  • İngilis dili doğma dili olan şəxslərdən və bakalavr dərəcəsini tamamilə ingilis dilində təhsil almış tələbələrdən TOEFL balı tələb olunmur;
  • Çox təcrübəli biznes mütəxəssislərindən GMAT balı tələb olunmur.

Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA ing. International Masters in Management Executive MBA proqramına qəbul isə fərqli formada aparılır. Əsas tələblər bunlardır:

  • Ən azı "B" ballı GPA Grade Point Average göstərən bitirilmiş bakalavr dərəcəsi və ya ona ekvivalent transkripti;
  • TOEFL The Test of English as a Foreign Language;
  • Aşağıdakılardan biri üzrə əla göstərici
  • Biri iş və ya digər peşəkar təcrübə ilə bağlı olmaq şərti ilə iki tövsiyə məktubu;
  • Qənaətbəxş GMAT balı;
  • IELTS The International English Language Testing System;
  • PTOE The Pearson Test of English;

Praktikada adətən bu xüsusiyyətlərə malik şəxslər proqrama qəbul ola bilirlər:

  • Ən azı 5 illik iş təcrübəsi;
  • GMAT balı ən azı 520 olan testi verənlər üçün.
  • 4.0 ballıq şkala ilə ən azı 3.0 GPA ilə bitirilmiş bakalavr dərəcəsi;
  • İki tövsiyə məktubu olan;
  • TOEFL elektron versiyada ən azı 213 bal yığan qeyri-ingilis dilli insanlar üçün;
  • Hazırda əhəmiyyətli vəzifə tutan;

GMAT vacib meyar deyil, əhəmiyyətli iş təcrübəsi və ya əvvəlki təhsil GMAT imtahanından azad etmə ilə nəticələnə bilər. Buna baxmayaraq GMAT testi vermək tövsiyə olunur, çünki əla GMAT göstəricisi namizədin proqrama seçilmə şansını artırır. Daha əvvəl GRE Graduate Record Examination və ya LSAT Law School Admission Test imtahanı verənlər həmin testlər üzrə ballarını GMAT-la əvəzləyə bilərlər. Eləcə də bakalavrdan sonra dərəcə oxumuş şəxslərdən GMAT tələb olunmur.



                                     

7. Xarici keçidlər

  • Mərkəzi Avropa Universitetinin kitabxanası
  • MAU Biznes Məktəbinin rəsmi veb saytı
  • Mərkəzi Avropa Universitetinin rəsmi veb saytı
  • rəsmi Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA proqramının veb saytı Arxivləşdirilib 2011-07-14 at the Wayback Machine
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →