ⓘ Dinşünaslıq

                                     

ⓘ Dinşünaslıq

Dinşünaslıq - dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir.

                                     

1. Dinşünaslığın predmeti

Dinşünaslıq dinə dünyəvilik yönündən baxışın zəruriliyindən XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman böyük həcmdə arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdi. Lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi çətinləşdirirdi. Buna görə də Avropa alimləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkanlardan istifadə etmişdilər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur.

Dinşünaslığı ilahiyyatdan fərqləndirən cəhət, onun bitərəfliyidir. İlahiyyatçılardan fərqli olaraq, dinşünas heç bir dinə üstünluk vermir, dini təbliğatla məşğul olmur, dinləri yalnız olduğu kimi, elmin bir sahəsi qismində araşdırır və müvafiq nəticələr əldə edir.

Dinşünaslar hansısa dinin ardıcılları, yaxud ateist də ola bilərlər. Bununla belə, onlar problemlərə yalnız akademik metodlar çərçivəsində yanaşmalı, subyektivliyə yol verməməlidirlər. Onlar öz əqidələrini təbliğ etməməlidirlər.

Dinşünaslıq elminin yaradıcıları və ən nüfuzlu alimləri Karl Marx, James Frazer, William James, Max Weber, Emile Durkheim, Sigmund Freud, Rudolf Otto, Carl Jung, Joseph Campbell olmuşdurlar.

                                     

2. Dinşünaslığın bölmələri

  • Mənbəşünaslıq
  • Dinin hüququ
  • Dinin psixologiyası
  • Dinin tarixi
  • Dinin fəlsəfəsi
  • Dinin sosiologiyası
  • Dinin semiotikası
  • Dinin fenomenologiyası
  • Dinin tənqidi
  • Dinin сoğrafiyası
                                     

3. Azərbaycanda dinşünaslıq

Azərbaycan SSR-inin bütün ali məktəblərində elmi ateizm kafedraları fəaliyyət göstərirdilər. Bundan başqa dinlərlə bağlı tədqiqatlar Azərbaycan SSR Elmlər Akademiyasının bəzi humanitar institutlarında ararılırdı.

O zaman həm də" Bilik” cəmiyyəti də fəaliyyət göstərirdi. Orada çeşidli alimlər mühazirələrlə çıxış edirdilər.

Azərbaycanın müstəqillik dönəmindən başlayaraq, bütün elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlanmağa başlamışdır. Ancaq sonra onların əksəriyyəti bağlanmışdı. Hal-hazırda dinin tarixi və sosiologiyası kimi bəzi dinşünaslıq fənləri Ali məktəblərin Fəlsəfə və Mədəniyyətşünaslıq kafedlarında tədris edilir.

1993-cü ildən başlayaraq AMEA M.Füzuli adına Əlyazmalar institutunda Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine" Dinşünaslıq” indeksi ilə dissertasiyalar müdafiə edilir. Dinin fəlsəfi problemləri ilə bağlı dissertasiyaların bəziləri AMEA Fəlsəfə və Hüquq institutunda Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine və AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine da müdafiə edilir.

Hal hazırda Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Fəsəfə və Hüquq institutunda "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine şöbəsi fəaliyyət göstərir 2004-cü ildə yaranmışdır. AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda da "Din və ictimai fikir tarixi" şöbəsi vardır. Bundan başqa bəzi universitetlərdə dinşünaslıq elminin ayrı-ayrı sahələri tədris olunmaqdadır.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →