ⓘ Naxçıvan Dövlət Universiteti

Cəbrayıl Qəhrəman

Qəhrəmanov Cəbrayıl İsmayıl oğlu ― pedaqogika üzrə fəlsəfə doktoru, fizika metodikası üzrə alim, şair, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Bilik" tədris mərkəzinin direktoru.

Aşur Əliyev

Aşur Əliyev - Azərbaycanda minlərlə ali kitabxanaçı mütəxəssisin formalaşmasında əməyi olan görkəmli pedaqoq, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın tanınmış kitabxanaşünas alimi.

Vidadi Orucov

Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid indiki Dmanisi rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin indiki BDU-nu Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual ...

                                     

ⓘ Naxçıvan Dövlət Universiteti

29 dekabr 1990-cı ildə İnstitut Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.

                                     

1. Fakültələr

  • İncəsənət fakültəsi
  • Xarici dillər fakültəsi
  • Fizika-riyaziyyat fakültəsi
  • İqtisadiyyat və idarəetmə fakültəsi
  • Memarlıq-mühəndislik fakültəsi
  • Beynəlxalq münasibətlər və hüquq fakültəsi
  • Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi
  • Pedaqoji fakültə
  • Tarix-filologiya fakültəsi
  • Tibb fakültəsi
                                     

2. Tərkibi

"Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni universitet əməkdaşlarının elmi məqalələrini nəşr edib yayır.

Universitetdə yaradılmış "Qeyrət" nəşriyyatında Naxçıvan regionunun tarixinə, arxeoloqiya və etnoqrafiyasına, zəngin təbiətinə və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar nəşr edilir.

                                     

2.1. Tərkibi Konservatoriya

Naxçıvan Dövlət Universitetində yaradılmış Konservatoriya Azərbaycanın müstəqillik dövrünün yenitipli mədəniyyətini inkişaf etdirə biləcək mütəxəssislər hazırlayır.

                                     

2.2. Tərkibi İnformatika mərkəzi

"İnformatika mərkəzi" tələbələrə ən müasir kompüter texnikasını öyrətməyə imkan yaradır.

                                     

2.3. Tərkibi "İdman bazası"

"İdman bazası" idmançıların yetişdirilməsi üçün geniş imkanlara malikdir.

                                     

2.4. Tərkibi Kitabxana

Yenicə təşkil olunmuş kitabxananın fondunu yaratmaq üçün vəsait ayrılmış, lazımi ədəbiyyat və materiallarla təmin edilmişdir. Cəmi 370 kitabla fəaliyyətə başlayan kitabxananın fondu qısa bir zamanda zənginləşmişdir. Bura Azərbaycan və rus dillərində olan 290-dan artıq kitab Bakı Dövlət Universitetindən və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M.F.Axundov adına kitabxanadan və müxtəlif institutların kitabxanalarından hədiyyə edilmişdir.

1971-ci ildə yalnız 1 şöbədən və 1 oxu zalından ibarət olan kitabxanaya o zaman institutun tarix-filologiya fakültəsində qiyabi təhsil alan Novruz Quliyev, 1972-ci ildə isə institutun "Pedaqogika" kafedrasında laborant işləyən, hazırda həmin kafedranın müəllimi Bəyim Vəkilova, sonra müxtəlif illərdə Şövkət Qasımova, Qafar Əliyev, Teyyubə Abdullayeva, Pərvin Əliyeva və Aypara Behbudova rəhbərlik etmişlər. Hazırda NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədovdur.

Kitabxananın fondunu 1985-ci ildə 60 min nüsxə Azərbaycan, rus və xarici dillərdə çap olunmuş nadir və müstəsna əhəmiyyətli nəsr əsərləri, elmi ədəbiyyatlar təşkil etmişdir. 1987-ci ildən kitabxana respublikada nəşr edilən çap məhsullarının pulsuz məcburi nüsxələrini almışdır. Naxçıan Dövlət Universitetinin kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək inkişaf etdirilmişdir.

Kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına uyğun beşmərtəbəli binaya köçürülmüşdür. Akademik İsa Həbibbəyli,AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər. Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 11 nəfərdən ibarət Elmi Şura üzvləri var.

NDU-nun kitabxanası dünya elmindən, beynəlxalq kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksəık səviyyədə xidmət göstərir. Fond və oxu zallarının hər birinin konkret elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca mərtəbələrdə yerləşdirilməsi bu kitabxananın Avropa kitabxana sisteminə inteqrasiyasının bəhrəsidir. Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 11 fonr və 11 oxu zalı oxuculara yüksək səviyyədə xidmət göstərir.



                                     

3.1. Muzeylər İdman Muzeyi

Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır. Bu muzeydə universitetin idmançı tələbələrinin Naxçıvan muxtar respublika, Azərbaycan Respublikası və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir. Onların arasında tələbələrimizin" Qafqaz universitetləri olimpiadası”nda Türkiyə, Qars, Birinci Avropa Olimpiadasında Bakı 2015, Avropa Universitetlərinin futbol çempionatında Ukrayna, Polşa və Beynəlxalq turnirlərdə qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir. Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, "Universitet" futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir. İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır. Muzey, universitetin idman kompleksində yerləşir. İdman muzeyinə "Tələbə İdman klubu" nun sədri Məmmədəli Rəhimov rəhbərlik edir.



                                     

3.2. Muzeylər Məktəb tarixi muzeyi

Məktəb tarixi” kabinəsi 03 noyabr 1997-ci il tarixdə" Pedaqogika və psixologiya” kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nərimən Bilal oğlu Orucəliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Kabinədə Naxçıvanda maarifçilik hərəkatını əks etdirən stendlər və Azərbaycanın görkəmli mütəfəkkirlərinin fotoşəkillərindən ibarət sərgi öz əksini tapmışdır.

Kabinə 18 may 2007-ci il tarixdə" Məktəb tarixi” muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. Muzeyin əsasını fakültə əməkdaşlarının nəşr olunmuş dərslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, proqramları təşkil etmişdir. Muzeydə həmçinin universitet əməkdaşlarının fəlsəfə doktoru və elmlər doktoru avtoreferatları üçün ayrıca guşə də yaradılmışdır.

Muzeydə Nax.MR-nın ilk Maarif nazirindən başlayaraq indiyə qədər olan nazirlərin fotoşəkilləri və işlədikləri müddət göstərilmişdir." Məktəb tarixi” muzeyi universitetdə olan qonaqlarda da daim xoş təəssürat yaratmışdır." Məktəb tarixi muzeyi”ndə magistratura səviyyəsində təhsil alan pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq ixtisaslarının tələbələri, həmçinin fakültənin bakalavr səviyyəsində təhsil alan tələbələrin də kafedrada tədris olunan dərsləri burada keçirilir.

Məktəb tarixi muzeyi” nin ilk müdiri Vəkilova Bəyim İsmayıl qızı olmuşdur. Haliyədə muzeyə 14 iyun 2018-ci il tarixdən pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistraturanı bitirmiş Quliyeva Kübra Ramiz qızı rəhbərlik edir.



                                     

3.3. Muzeylər Universitet dünyası muzeyi

Naxçıvan Dövlət Universitetində ilk muzey" Universitet dünyası” adı altında ali təhsil ocağının 30 illik yubileyi ərəfəsində – 31 oktyabr 1997-ci ildə yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin yubiley münasibətilə universitetin kollektivinə ünvanladığı 29 oktyabr 1997-ci il tarixli təbrik məktubu muzeyin" Dövlətçilik” adlı baş salonunda təqdim olunur.

Universitet dünyası” muzeyinin ziyarətçiləri Azərbaycan ictimai-siyasi və elmi-mədəni mühitinə böyük töhfələr verən bu elm ocağının keçdiyi tarixi yolu xatırlayır. Muzeyin üç salonunda toplananan eksponatlar universitetin əvvəlki dövrü haqda dolğun təəssürat oyadır.

1939-1954-cü illərdə Naxçıvan diyarını pedaqoji kadrlarla təmin etmiş" Naxçıvan Müəllimlər İnstitutu” lövhəsindəki şəkillər və həmin ali məktəbin tarixi haqqında fəlsəfə doktorluğu dissertasiyası yazmış şair-pedaqoq, mərhum Vaqif Məmmədovun yazısı və fotoşəkillər o illərin müəllim və tələbələri haqda tanışlıq imkanı yaradır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialı kimi yaradılan universitetin ilk tələbə-məzunlarının fotoşəkilləri, filialın binasının şəkli, müəllim və tələbələrin məzun albomları guşədə sərgilənir.

Muzeydə" Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu 1972-1990 adlı iki böyük stenddə 18 illik tarixə aydınlıq gətirilir.

Eksponatlar arasında yarım əsrdən artıq dövrdəki müddətdə keçirilmiş elmi konfrans materialları, dissertasiya işlərinin avtoreferatlarından nümunələr var. Naxçıvan diyarının görkəmli yetirmələri, böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş materiallar şanlı elm tariximizdən xəbər verir.

Birinci salonda universitetin ilk məzunlarının 45 ildən sonrakı görüşünə aid guşə mövcuddur.

Xalqımızın üzləşdiyi erməni işğalları və soyqırımlar haqqında kitab və şəkillər muzeydə sərgilənir.

Universitet dünyası” muzeyinin ikinci salonu xarici əlaqələrə həsr olunmuşdur. Burada Türk dövlətlərinin xəritəsi, əməkdaşların elmi kəşfləri, qazandıqları mükafatlar nümayiş olunur." Professorlar” adlı guşə, qocaman pedaqoq Naxçıvan MR əməkdar müəllimi Əkbər Süleymanovun anadan olmasının 80 illik yubileyinə aid materiallarla zəngindir. Universitetin beynəlxalq əlaqələri, əməkdaşların çap etdirdiyi kitablar ikinci salonda sərgilənmişdir.

Universitetdə nəşr olunan" Fikir”," Yeni fikir” qəzetlərinin nümunələri," Fikir” jurnalı və" Elmi əsərlər” jurnalının saylarından nümunələr, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbovun universitetə səfərləri, rektorlar, fəxri doktorlar guşələr dövlətçilik adlı III salonda cəmlənmişdir.

                                     

3.4. Muzeylər Botanika Muzeyi

Naxçıvan Dövlət Universitetdə" Botanika” muzeyi 15 mart 2003-cü ildə təşkil olunmuşdur. Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.

Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 5000-dən artıq növ bitkinin herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar vardır. Dərman bitkilərinə, faydalı bitkilərə və həmçinin" Qırmızı kitab”a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunmuşdur. Muzey nadir və məhvolma təhlükəsi qarşısında olan bitkilərin orjinal fotoşəkilləri ilə zənginləşdirilmişdir.

Bitkilərin xəstəlikləri, eləcə də həmin xəstəliklərə qarşı istifadə edilən preparatlar barədə məlumatlar da muzeydə təqdim olunur.

Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı korpusunda yerləşir. Eyni zamanda botanika elminin son nailiyyətlərini əks etdirən kitab və jurnallar muzeydə saxlanılır. Əyani vəsaitlərdən bakalavr və magistrlərin istifadə etmələri üçün əlverişli şərait yaradılmışdır. Belə ki praktiki məşgələ dərsləri təcrübəli müəllimlər tərəfindən burada tədris olunur.

Botanika” muzeyinə mərhum, biologiya üzrə fəlsəfə doktoru, dosent Piriyev Musa Zeynal oğlu 2003-2012-ci illərdə rəhbərlik etmişdir. Hazırda" Botanika” muzeyinə 2012-ci ildən Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qasımov Hilal Zülal oğlu rəhbərlik edir.



                                     

4. Beynəlxalq əlaqələri

Naxçıvan Dövlət Universitetinin Fransanın Strasburq, Türkiyənin İstanbul, Ankara, Ərzurum, Van universitetləri, İranın Təbriz Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti ilə əlaqələri var ki, bu da Naxçıvanda elm, təhsil və mədəniyyətin inkaşafına müsbət təsir göstərir.

Universitet Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →